Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib
Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq Horadiz-Ağbənd istiqamətinə doğru sürətlə dəmir yolu çəkilir: “İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd-Salam Məlik istiqamətində çəkiləcək dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı idi. İran tərəfdən keçəcək dəmiryol xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki razılaşdırılıb, körpülərin yerləri və dəmir yol xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır”.