XƏBƏRLƏR / Nəqliyyat

Moskva "Tramp yolu"ndan kənarda qalmasından narazıdır

Bu barədə keçirdiyi brifinqdə Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib

Moskva "Tramp yolu"ndan kənarda qalmasından narazıdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Ermənistanla kommunikasiyaların blokdan açılmaası kontekstində dialoqu davam etdirəcəyinə ümid edir - Mariya Zaxarova "Tramp marşrutu" haqda.

    Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə bildirib ki, bu marşrutun praktikada necə işləyəcəyi barədə anlayış yalnız layihənin konkret detalları ilə tanış olduqdan sonra formalaşa bilər.

    Zaxarova bəyan edib ki, Qeyri-regional oyunçuların Cənubi Qafqaz işlərində, o cümlədən kommunikasiyaların blokdan açılması məsələsində iştirakı ilk növbədə region ölkələrinin və onların yaxın qonşularının maraqlarını rəhbər tutmalıdır."

    "Bir sıra əlavə amilləri də nəzərə almaq lazımdır: Ermənistan Aİİ-nin vahid gömrük məkanının bir hissəsidir, Rusiya Dəmir Yollarının törəməsidir - Cənubi Qafqaz Dəmir Yolu şirkəti Ermənistanın dəmir yolu şəbəkələrini idarə edir, Rusiya sərhədçiləri göstərilən marşrutun keçəcəyi ehtimal edilən ərazidə sərhədi qoruyur," - Zaxarova qeyd edib.