XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi istehsalı

Bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qalxmasına kömək edəcək

Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi istehsalı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.

    Saziş sənədini “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov və "Damen Shipyards Gorinchem B.V." şirkətinin nümayəndəsi Vadim Akimov imzalayıblar.

    Sənədə əsasən "Bakı Gəmiqayırma Zavodu"nda "Damen" şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qalxmasına kömək edəcək.