XƏBƏRLƏR / Nəqliyyat

Metroda qatarların hərəkət intervalı 1 dəq. 45 san. düşüb

Bu barədə Bakı Metropolitenindən məluat verilib

Metroda qatarların hərəkət intervalı 1 dəq. 45 san. düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı Metropolitenində qatarların hərəkət intervalı 1 dəqiqə 45 saniyəyə endirilib

    “AZCON” holdinqinə daxil olan “Bakı Metropoliteni” QSC tərəfindən sentyabrın 15-dən etibarən həyata keçirilən payız-qış qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə olaraq gur saatlarda qatarlar arası interval 1 dəqiqə 45 saniyəyə endiriləcək. Bu göstərici 34 cüt/saat (1 saat ərzində hər iki istiqamətdə 1 stansiyadan keçən qatarların sayı) prinsipi üzrə əldə olunub ki, bu da son bir ildə ikinci dəfə tarixi rekorda imza atıb.