İranda bu gün səhər saatlarından etibarən uçuşlar bərpa edilib.
İRNA-nın xəbərinə görə, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Xatırladaq ki, uçuşlar İsrail tərəfinin İran ərazisindəki bir sıra hədəflərə raket zərbələri səbəbindən yarana biləcək təhlükənin qarşısını almaq üçün dayandırılmışdı.