XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Tbilisi sərnişin qatarı mayın sonunda bərpa ediləcək

Bu barədə "Trend"ə Gürcüstan hökumətindəki mənbə məlumat verib

Bakı-Tbilisi sərnişin qatarı mayın sonunda bərpa ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.

    Bu barədə Trend-ə Gürcüstan hökumətindəki mənbə məlumat verib.

    “Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı istiqaməti üzrə qatar reysləri may ayının sonunda bərpa ediləcək”, - mənbə bildirib.

    Mənbənin sözlərinə görə, dəqiq tarix hələ ki məlum deyil, bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir.

    Bundan əlavə “Azərbaycan Dəmir Yolları” QSC-dən "Trend"ə bildirilib ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır.

    “Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb”, - ADY-dən bildirilib.

    Xatırladaq ki, martın 18-də Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadılıb.

    Belə ki, xüsusi karantin rejimi iyulun 1-i saat 06:00-dək uzadılıb. Bundan əvvəlki qərara görə, xüsusi karantin rejimi aprelin 1-dək uzadılmışdı.