Çindən Türkiyəyə Orta Dəhlizlə hərəkət edən ilk yük qatarı
Konteyner qatarı Çinin Szyansu əyalətinin paytaxtı Nankinqdən İstanbula yola düşüb
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, Çindən Türkiyəyə ilk yük qatarı Orta Dəhliz vasitəsilə yeni marşrutla hərəkətə başlayıb.
Məişət texnikası və zəruri malların olduğu 110 konteynerdən ibarət qatar Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan marşrutu ilə Çinin Szyansu əyalətinin paytaxtı Nankinqdən İstanbula yola düşüb.
Hazırda Çindən Avropaya multimodal yük daşımaları Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dənizdən keçən bir neçə marşrut üzrə həyata keçirilir.