XƏBƏRLƏR / Nəqliyyat

Gürcüstanda ilk dərinsulu Anaklia limanı tikilir

Bu barədə Baş nazir İrakli Kobaxidze məlumat verib

Gürcüstanda ilk dərinsulu Anaklia limanı tikilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanda ölkənin ilk dərinsulu Anaklia limanının layihələndirilməsi və tikintisi üzrə işlərə başlanılıb.

    Belçikanın "Jan De Nul" şirkəti sentyabrın 16-da işə başlayıb. Birinci mərhələdə liman akvatoriyasının dərinləşdirilməsi və Anakliada dalğaqıran tikintisi nəzərdə tutulur.

    Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin dediyi kimi, dərin dəniz limanının tikintisi Gürcüstan üçün strateji layihədir.

    "Layihə həm liman strukturunun genişləndirilməsi, həm də Avropa və Asiyanın nəqliyyat sistemini birləşdirən Orta Dəhliz layihəsinin təkmilləşdirilməsi baxımından mühüm rol oynayır", - Kobaxidze bildirib.

    İlk gəmilər 2029-cu ildə dərin dəniz Anaklia limanına gəlməyə başlayacaq.

    Layihənin birinci mərhələsi başa çatdıqdan sonra liman ildə 600 min konteyner qəbul edə biləcək, onun təxmini dəyəri 600 milyon dollardır.

    Azərbaycanlı ekspert Rauf Mirzəyev "ANS Press"ə bildirib ki, əgər Anaklia limanı tikilərsə, Azərbaycan üçün bunun çox faydası olar. Belə ki, liman nə qədər çox olarsa, Azərbaycan daha çox yük qəbul edər.