XƏBƏRLƏR / Nəqliyyat

İsmayıllı-Lahıc yolunda nəqliyyatın hərəkəti bərpa olunub

Hazırda rayon ərazisində güclü qar yağıntısı davam edir

İsmayıllı-Lahıc yolunda nəqliyyatın hərəkəti bərpa olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsmayıllı-Lahıc yolunda nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Sözügedən yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz qarışığı səpilib. Bu istiqamətdə işlər davam etdirilir.

    ***

    11:00

    Ötən gecədən ölkə ərazisində yağmağa başlayan güclü qar İsmayıllı rayonunda da bir sıra çətinliklər yaradıb.

    Yağan güclü qar nəticəsində İsmayıllı–Lahıc yolu bağlanıb və bunun nəticəsində həmin əraziyə insanların və avtomobillərin gediş-gəlişi məhdudlaşdırılıb.

    Bundan başqa, səhər saatlarından Lahıcda və yaxın kənd məktəblərində işləyən müəllimlər yolun bağlanması səbəbindən həmin ərazidə olan təhsil ocaqlarına gedə bilməyiblər. Hazırda yolun açılması istiqamətində İsmayıllı Rayon 5 nömrəli Yol-istismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

    Sürücülərə həmin yollardan müvəqqəti olaraq istifadə etməmələri tövsiyə olunur. Hazırda rayon ərazisində güclü qar yağıntısı davam edir.