ABŞ nümayəndələri ilə Zəngəzur dəhlizi müzakirə edilib
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev məlumat yayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev: Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) Zəngəzur Dəhlizi ilə bağlı ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
"ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasət Planlaşdırma Ofisinin baş məsləhətçisi Conatan Askonas ilə görüşdük.
Azərbaycan tərəfinin Orta Dəhlizin inkişafı ilə bağlı gördüyü işlər barədə məlumat verdik. Həmçinin kibertəhlükəsizlik və süni intellekt sahələrində tərəfdaşlıqlar barədə fikir mübadiləsi apardıq", - Nəbiyev sosial mediada yazıb.
1 dəqiqədən az