Bakıda qeydiyyatdan keçən taksilərin sayı 2 dəfə azalıb
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov jurnalistlərə bildirib ki, əvvəllər Bakıda 67-70 minə yaxın taksi işləyirdi. Elektron sistemə əsasən, hazırda 35 minə yaxın taksi fəaliyyət göstərir (söhbət ancaq qeydiyyatdan keçən avtomobillərdən gedir).
Taksi tənzimləməsi davam edəcək.
Bakıda 19 minə yaxın avtomobil üçün parkinq zonaları yaradılıb.
Dayanacaq yerlərinin yaradılması üzrə işlərə ötən ildən başlanılıb və hazırda davam etdirilir.