Zəngəzur dəhlizi boyunca iki alternativ var
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə deyib
"Zəngəzur dəhlizi boyunca iki alternativ var."
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə deyib.
O qeyd edib ki, 43 kilometrlik marşrut Ermənistan ərazisindən keçə bilər, lakin rəsmi İrəvan tərəfindən problem yaranarsa, İrandan keçən marşrut alternativə çevriləcək. Rəsmi Bakı bu məsələ ilə bağlı Tehranla əlaqə saxlayır.
Hazırda hər iki variant nəzərdən keçirilir.