ADY Bakıdan Qəbələyə əlavə reyslər həyata keçirəcək
Qurban bayramı ilə əlaqədar bu marşrut üzrə iyunun 6, 7, 8 və 9-na biletlər artıq satışdadır

Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Azərbaycan Dəmir Yolları Bakıdan Qəbələyə əlavə reyslər həyata keçirəcək.
Bu marşrut üzrə iyunun 6, 7, 8 və 9-na biletlər artıq satışdadır.
Bu il Qurban bayramı iyunun 6 və 7-də qeyd olunacaq.
İyunun 7-si şənbə gününə təsadüf etdiyindən iyunun 9-u qeyri-iş günü olacaq. Belə ki, iyunun 6-9-u qeyri-iş günü hesab olunacaq.