BakuBus-larda bank kartları vasitəsilə ödəniş aktivləşib
Bütün avtobus marşrutlarında yerli NFC dəstəkli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəniş etmək olar
Bu gündən etibarən "BakuBus" MMC-nin bütün avtobus marşrutlarında yerli NFC dəstəkli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə nağdsız ödəniş tam şəkildə aktivləşdirilib.
Yeni sistem sərnişinlər üçün əlavə üstünlüklər təklif edir. Nağd pul və ya fiziki BakuKart daşımağa ehtiyac yoxdur - telefonunuz, ağıllı saatınız, bank kartınız və ya digər NFC dəstəkli cihazınızla ödəniş edə bilərsiniz. Cihazınızı validatora yaxın tutun - ödənişiniz dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər avtobuslarda ödəniş edərkən yalnız yerli NFC dəstəkli bank kartlarından, smartfonlardan və fiziki kartlardan istifadə etməlidirlər.
Layihənin pilot mərhələsi 20 dekabrda 500 nömrəli marşrutda başlayıb. NFC ödəniş texnologiyasını digər nəqliyyat operatorlarının marşrutlarına tədricən genişləndirmək planları üzərində işləyir.
1 dəqiqə