XƏBƏRLƏR / Nəqliyyat

AZAL Hindistan və Pakistana reysləri bərpa edir

Bu barədə AZAL-dan bildirilib

AZAL Hindistan və Pakistana reysləri bərpa edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

    Bu barədə AZAL-dan bildirilib.

    Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

    Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

    Xatırladaq ki, mayın 7-də AZAL Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirməyi planlaşdırdığı 2-059 nömrəli reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb. Bu səbəbdən indiyədək Pakistan və Hindistana uçuşlar həyata keçirilməyib.