XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycan əhalisi qatarlardan daha çox istifadə edir

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) xəbər verir

Azərbaycan əhalisi qatarlardan daha çox istifadə edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ADY bu ilin yanvar-aprel aylarında 3 milyona yaxın çox sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 16% çoxdur.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) xəbər verir.

    Qeyd edilib ki, ilin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33% artaraq 8281 nəfər olub.

    Nəzərə alsaq ki, karantin şəraitində Gürcüstan və Rusiya istiqamətində qatarlar hərəkət etmir, bu artım nəzərə çarpacaq səviyyədə çoxdur.