XƏBƏRLƏR / Nəqliyyat

Arazdəyən-Culfa-Mehri-Horadiz dəmiryolu bərpa olunacaq

Bunu Moskvada keçirilən üçtərəfli görüşün nəticələri haqda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib

Arazdəyən-Culfa-Mehri-Horadiz dəmiryolu  bərpa olunacaq
Aleksey Overçuk
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moskvada Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli işçi qrupun iclasında Azərbaycanla Ermənistan arasında ümumi anlaşma əldə olunub.

    Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun üçtərəfli işçi qrupun 12-ci iclasının yekunları ilə bağlı mətbuata açıqlamasında bildirilib.

    Qeyd olunub ki, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

    O da bildirilib ki, iclasda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat əlaqələrinin açılmasının modallığının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.