Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpa oluna bilər
Bunu Gürcüstanın baş naziri İrakli Kobazidze jurnalistlərə deyib

Gürcüstan Azərbaycanla Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.
Gürcüstan KİV xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobazidze Dubaya səfəri zamanı jurnalistlərə deyib.
Onun sözlərimə görə, bu, çox vacibdir və hər iki ölkəyə sərf edir.
İ.Kobaxidze bu istiqamətdə qatarların hərəkətinin bərpa ediləcəyi mümkün tarixi açıqlamayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi davam edir. Bu rejiminin müddəti 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb.