XƏBƏRLƏR / Nəqliyyat

"Uzbekistan Airways" Bakıya aviareyslərin sayını artırır

Aprel ayından başlayaraq aviareyslərin sayı həftədə dörd dəfəyə qədər artırılacaq

"Uzbekistan Airways" Bakıya aviareyslərin sayını artırır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Uzbekistan Airways” hava yolları şirkəti Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə hava reyslərinin sayını artıracaq.

    Aprel ayından başlayaraq aviareyslərin sayı həftədə dörd dəfəyə qədər artırılacaq.

    Məlumata görə, hazırda aviadaşıyıcı bu marşrut üzrə həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və bazar günləri uçuşlar həyata keçirir.

    Qeyd edək ki, “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Daşkənd və Səmərqəndə müntəzəm reyslər həyata keçirir. Daşkəndə uçuşlar həftədə beş dəfə - bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə və bazar günləri həyata keçirilir. Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçirilir.