Overçuk:yolların açılması haqda danışıqlar 9 saat davam edib
Soçidə bu günkü Putin-Paşinyan görüşündə kommunikasiyaların açılması üzrə konkret addımların müzakirə olunacağı gözlənilir
Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması haqqında saziş mətni "yüksək hazırlıq səviyyəsindədir", Bu barədə cümə günü RF baş nazirinin müavini Aleksey Overçuk iyunun 2-də Moskvada baş tutmuş Ermənistan-Azərbaycan danışıqlarının yekunlarını şərh edərkən bildirib.
"Prinsipcə, mətn yüksək hazırlıq səviyyəsindədir, əlavə müzakirə tələb edən, həmçinin dəmir yolunun keçəcəyi məqamlarla bağlı iki-üç fikir ayrılığı var.
Biz yüklərə gömrük nəzarətinin necə həyata keçiriləcəyi barədə razılıq əldə etdik", deyə Sputnik Armenia Overçukdan sitat gətirir.
Onun sözlərinə görə, bu, adi dəmir yolu, pasport, sərhəd və gömrük nəzarəti olan adi sərhəd olacaq.
Overçuk qeyd edib ki, bütün tərəflər kommunikasiyaları "tezliklə işə salmaq" niyyətindədirlər. Nəzarət, təhlükəsizliyin təmin edilməsi nöqteyi-nəzərdən RF FTX əməkdaşlarının iştirakı mümkünlüyü üzərində işlənib-işlənilmədiyi haqqında dəqiqləşdirici suala cavabda Overçuk belə deyib: "Bu, Ermənistandan asılıdır".
Xatırladaq ki, iyunun 2-də Moskva görüşündən sonra Overçuk Yerasx-Culfa-Mehri-Horadiz marşrutu ilə dəmir yolu əlaqəsinin bərpası və təşkilinə yönəlmiş konkret addımların atılması üzrə ortaq yanaşma əldə olunduğunu bildirib.
RF prezidenti Vladimir Putinin Soçidə Ermənistan baş naziri Nikol Paşinyanla bugünki görüşündə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması üzrə konkret addımların müzakirə olunacağı gözlənilir.