XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycan İrana uçuşları dayandırıb?

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıdan Tehrana uçuşların təxirə salınması ilə bağlı məlumatları təkzib edib

Azərbaycan İrana uçuşları dayandırıb?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 4-dən etibarən Bakıdan Tehrana bütün uçuşlar dayandırılıb. Bu barədə İran məhkəmə sisteminin “Mizan Online” saytı məlumat yayıb. Bildirilir ki, Azərbaycanın AZAL aviaşirkətinin İrana əvvəlcədən bilet almış sərnişinlərinə ödənilən məbləğ geri qaytarılacaq.

    Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıdan Tehrana uçuşların təxirə salınması ilə bağlı məlumatları təkzib edib.

    "İrana uçuşlar adi qaydada həyata keçirilir", - deyə aeroportdan bildiriblər.

    Amma "Butaairways" və "AZAL"da İrana uçuşla bağlı hər hansı bölmə yoxdur. Sadəcə, İrana səyahət xəbərdarlığı var.