XƏBƏRLƏR / Nəqliyyat

AZAL-ın Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşlar bərpa olunub

“Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti bildirilir

AZAL-ın Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşlar bərpa olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırılıb.

    “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib ki, Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir.