XƏBƏRLƏR / Nəqliyyat

Baş nazir Rusiya Dəmir Yollarının baş direktorunu qəbul edib

Əli Əsədov və Oleq Belozyorov Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini müzakirə ediblər

Baş nazir Rusiya Dəmir Yollarının baş direktorunu qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 26-da Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Dəmir Yollarının baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorovla görüşüb.

    Görüş zamanı müxtəlif sahələrdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

    Nəqliyyat və logistika, o cümlədən dəmir yolları arasında əməkdaşlığa xüsusi diqqət yetirilib.

    Regionun tranzit potensialının artırılması üçün birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd edilib. Bu kontekstdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi boyunca sinxron infrastrukturun inkişafına və bu marşrut üzrə yük daşımalarında davamlı artımın qorunmasına ehtiyac vurğulanıb.

    Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov da ştirak edib.