Ermənistan və ABŞ TRİPP sazişini seçkidən əvvəl imzaladılar
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi xəbər yayıb VIDEO
Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıb.
“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyi sənədin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflandığını xatırladıb.
Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı VIDEOgörüntüdə xarici işlər naziri Ararat Mirzoyanın sənədi imzaladığı əks olunub.

Mirzoyan Ermənistan sakinlərinə bələ bir müraciət edib:
"Əziz vətəndaşlar, bir neçə saniyə əvvəl, gözlərinizin qarşısında TRIPP layihəsi üzrə Amerika Birləşmiş Ştatları-Ermənistan Respublikası çərçivə sazişini imzaladım.
Yadınızdadırsa, bir neçə gün əvvəl onu mən və ABŞ Dövlət Katibi Marko Rubio Ermənistana səfəri zamanı ilkin olaraq imzalamışdıq.
İndi isə katib Rubio sazişi imzalayıb, sənəd Ermənistana göndərilib və mən də Ermənistan tərəfini imzaladım.
Buna görə də, məsafədən imzalanma prosesi başa çatıb və saziş təsdiqlənməyə hazırdır", - deyə Ararat Mirzoyan bildirib.
1 dəqiqə