Ziya Bünyadov prospektində yol qəzası sıxlıq yaradıb
Bu barədə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib

Bakıda Ziya Bünyadov prospektində yol qəzası olub, yolda sıxlıq yaranıb.
Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.