Şuşaya çəkilən yeni avtomobil yolu pullu olacaq
81,2 km olan yol hər tərəfdən çəpərlənəcək
"Operativ Məlumat Mərkəzi" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-cil ildə görülmüş işlərə dair Zəngilan rayonunda bu gün keçirdiyi brifinqdə bildirib.
O bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa sürət yolu Şuşaya çəkilən Zəfər yolundan 20 km qısadır. 81,2 km olan yol hər tərəfdən çəpərlənəcək: "Həmin yol pullu olacaq. Xarici turistlərin gələcəkdə Şuşaya axını güclü olacaq. Ona görə də bu yolu ödənişli edəcəyik ki, yoldan yığılan vəsait onun saxlanmasına istifadə olunsun".