Xarici aviaşirkətlər Moskvaya uçuşlarını tam dayandırır?
Bu barədə daxili mənbələrə istinadən Rusiya mediası yazır

Ən azı iki xarici aviaşirkət Moskva hava limanlarından bəzi reyslərin Sankt-Peterburq Pulkovoya köçürülməsi ilə bağlı danışıqlara başlayıb; “Vedomosti”nin Rusiya hava yollarından birində və hava limanlarından birindəki mənbələrinə görə, bunlar Türk Hava Yolları və Emirates ola bilər.
Nəşrin məlumatına görə, xarici aviaşirkətlər Moskvada pilotsuz təyyarələrin təhlükəsi ilə bağlı tətbiq edilən uçuş məhdudiyyətləri, həmçinin Moskvadan beynəlxalq istiqamətlərə uçan, lakin ora Sankt-Peterburqdan gələn sərnişinlərin sayının artması ilə əlaqədar bu variantı nəzərdən keçirirlər.
Domodedovo hava limanından RİA Novosti-yə bildirib ki, “uçuşların kütləvi şəkildə köçürülməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”. Digər hava limanları, həmçinin Türk Hava Yolları və Emirates şirkətləri hələlik məlumatı şərh etməyiblər.