XƏBƏRLƏR / Nəqliyyat

Bakı Dairəvi avtomobil yolu müvəqqəti bağlanacaq

Avtomobil Yolları Dövlət Agentliyi xəbərdarlıq edir

Bakı Dairəvi avtomobil yolu müvəqqəti bağlanacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:

    • 10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;
    • 11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.

    Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.