XƏBƏRLƏR / Nəqliyyat

"Airbus A321neo" təyyarəsi ilk uçuşunu həyata keçirib

Bu barədə AZAL xəbər verir

"Airbus A321neo" təyyarəsi ilk uçuşunu həyata keçirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu uğurla həyata keçirib.

    Bu barədə AZAL xəbər verir.

    Bildirilir ki, ilk reys Bodrum istiqamətində baş tutdu və bu münasibətlə sərnişinlərə xüsusi hədiyyələr, eləcə də ilk uçuşa həsr olunmuş xatirə sertifikatları təqdim olundu.

    "Müasir dizaynı və yüksək komfortu ilə seçilən "A321neo" daha rahat səyahət imkanı yaradır. Eyni zamanda, təyyarə yanacaq səmərəliliyi və ekoloji göstəriciləri ilə də fərqlənir. Yeni təyyarənin istismara verilməsi donanmanın yenilənməsi istiqamətində atılan növbəti addımdır", - məlumatda deyilir.