XƏBƏRLƏR / Nəqliyyat

Bilik günündə Bakı tıxaclarda boğulur

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər verir

Bilik günündə Bakı tıxaclarda boğulur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hal-hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şossesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

    2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

    4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

    5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    6. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

    7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

    8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    9. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

    10. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

    11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    13. Zərifə Əliyeva küçəsində;

    14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.