XƏBƏRLƏR / Nəqliyyat

AZAL Ciddəyə uçuşları bərpa edir

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti bildirir

AZAL Ciddəyə uçuşları bərpa edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Azərbaycan Hava Yolları” bu il sentyabrın 15-dən etibarən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edir.

    “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, şənbə və bazar günləri yerinə yetiriləcək. Yeni uçuş cədvəli sərnişinlərə turizm, işgüzar səfərlər və digər məqsədlərlə səyahətlərini münasib qaydada planlaşdırmaq üçün əlavə imkanlar yaradacaq.

    Səudiyyə Ərəbistanının əsas iqtisadi, turizm və nəqliyyat mərkəzlərindən biri olan Ciddə Qırmızı dəniz sahilində yerləşir. Şəhər ölkənin mühüm biznes və turizm mərkəzlərindən olmaqla yanaşı, Məkkə və Mədinəyə səfər edən sərnişinlər üçün də əsas hava nəqliyyatı qovşaqlarından biridir.

    Ciddəyə birbaşa uçuşların bərpası Azərbaycan və Səudiyyə Ərəbistanı arasında səyahət imkanlarını genişləndirməklə yanaşı, sərnişinlərə iki ölkə arasında daha rahat hava əlaqəsindən yararlanmağa imkan verəcək.