Bakı və Kiyev nəqliyyata dair memorandum imzaladılar
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev xəbər verib
Azərbaycan və Ukrayna nəqliyyat sahəsində anlaşma memorandumu imzaladılar.

"Beynəlxalq avtomobil nəqliyyatında elektron icazə sisteminin (e-İcazə) tətbiqi ilə bağlı anlaşma memorandumu imzaladıq. Bu təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsi, daşımaların rəqəmsallaşdırılması və daşıyıcılar üçün daha çevik və səmərəli iş mühitinin yaradılması üçün şərait yaradacaq", - deyə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyanın Leypsiq şəhərində Ukrayna Baş nazirinin müavini və İcmaların və Ərazilərin İnkişafı naziri Aleksey Kuleba ilə görüşdən sonra sosial mediada yazıb.
1 dəqiqədən az