Azərbaycan və Qazaxıstan dəniz ilə sərnişin daşıyacaqlar
Məlumatı Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açıqlayıb
Azərbaycan və Qazaxıstan Xəzər dənizi vasitəsilə sərnişin daşımalarının bərpası barədə razılığa gəlib.

Məlumatı Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açıqlayıb.
Səfirin sözlərinə görə, bu təşəbbüsü Qazaxıstan tərəfi irəli sürüb.
“Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarını bərpa edəcək. Azərbaycanın Qazaxıstanın təklifini dəstəkləməsindən məmnunam. Hazırda iki ölkənin nəqliyyat qurumları sərnişin əlaqələrinin mümkün qədər tez bərpa edilməsi istiqamətində işə başlayıblar”, - deyə diplomat bildirib.
Qeyd edək ki, Quruq və Bakı limanları arasındakı sərnişin daşımaları COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ildə dayandırılıb.
Alim Bayelin sözlərinə görə, marşrut üzrə sərnişin daşımaları dayandırılana qədər Xəzər dənizi vasitəsilə ildə təxminən 1500 nəfər daşınıb.
Marşrutun yenidən istifadəyə verilməsi iki ölkə arasında turizm əlaqələrinin inkişafına və Xəzər dənizi üzərindən sərnişin daşımalarının genişləndirilməsinə imkan yaradacaq.
1 dəqiqə