Azərbaycan-Naxçıvan nəqliyyat xəttinə Rusiya nəzarət edəcək
Bunu Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sazişlərinə istinadən Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Milli Təhlükəsizlik Xidmətində regional və beynəlxalq əhəmiyyətli yolların və digər kommunikasiyaların təhlükəsizliyinə nəzarət edən bölmənin yaradılmasını şərh edərkən deyib:
“Diqqətinizə çatdırmaq istərdim ki, qeyd olunan üçtərəfli sazişlərə uyğun olaraq, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nin sərhəd xidməti tərəfindən həyata keçirilməlidir”.