Azərbaycana gətirilməsi qadağan edilən maşınlar
Bu barədə qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib
Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılıb.
Bu barədə qərar Nazirlər Kabineti tərəfindən ötən il qəbul edilib.
Beləliklə, 2024-cü ildə istehsal ili 2014-ci ildən aşağı olan istismar olunan minik avtomobillərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsinə qadağa qoyulub.
Qeyd edək ki, hazırda ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür. Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir:
• 2 ilə qədər olan minik avtomobilləri 2%;
• 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3%;
• 5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9%.
Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur.