Metroda gediş haqqına yenidən baxılacaq
Gediş haqqının təsdiqi səlahiyyəti Nəqliyyat Nazirliyinə verilib
Azərbaycanda metroda gediş haqqının təsdiqi səlahiyyəti Nəqliyyat Nazirliyinə verilib.
Bu barədə AZƏRTAC -a “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.
İdarə altı ay müddətində tarifləri təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. O vaxta qədər mövcud tariflər qüvvədə qalacaq.
Əvvəllər metroda gediş haqqını Tarif Şurası müəyyən edirdi.