XƏBƏRLƏR / Nəqliyyat

Moskvadan Gəncəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

AZAL xəbər verir

Moskvadan Gəncəyə uçan təyyarə Bakıda məcburi eniş etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

    AZAL xəbər verir ki, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

    Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.