Türkiyə iyuldan Boğaziçi keçid tariflərini 15% qaldırır
Bu haqda ölkənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu məlumat verib
Türkiyə iyuldan etibarən gəmilərin Boğaziçi ilə tranzit xərclərini 15% artıracaq.
Nəqliyyat naziri Əbdülkadir Uraloğlunun sözlərinə görə, rüsum hər ton üçün 5,07 dollar olacaq və bu, dövlət xəzinəsinə valyuta axınını artıracaq.