XƏBƏRLƏR / Nəqliyyat

İçərişəhərə girişdə yeni qaydalar

Məlumat Dövlət Tarix-Memarlıq Qoruğundan verilib

İçərişəhərə girişdə yeni qaydalar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu gündən etibarən nəqliyyat axınını nizamlamaq üçün yeni parklama tarifləri tətbiq edir. Qoruq ərazisinə eyni anda cəmi 300 avtomobil buraxılacaq;

    limit dolmadığı təqdirdə:

    İlk 15 dəqiqə — 3 AZN

    Sonrakı hər saat — 5 AZN

    Ödəniş yalnız nağdsız ("Azparking", POS-terminal və s.)

    Yenilik UNESCO irs statuslu İçərişəhərin tarixi atmosferini qorumaq, sakinlərə və turistlərə daha rahat, təhlükəsiz piyada mühiti yaratmaq məqsədi daşıyır.

    Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Qoruq anlayış və dəstək üçün təşəkkür edir.