XƏBƏRLƏR / Nəqliyyat

Bakıda pulsuz elektrikli mikroavtobuslar fəaliyyətə başlayıb

Mikroavtobuslar iki marşrut üzrə fəaliyyət göstərəcək

Bakıda pulsuz elektrikli mikroavtobuslar fəaliyyətə başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılmış ərazilərdə yerləşən qida və içki mağazalarına və istirahət obyektlərinə giriş imkanı verən pulsuz elektrikli mikroavtobuslar fəaliyyətə başlayıb.

    Mikroavtobuslar iki marşrut üzrə fəaliyyət göstərəcək:

    C1 – Xaqani bağından Zərifə Əliyeva küçəsinin sonuna qədər;

    C2 – Sabir bağından Əziz Əliyev küçəsinin sonuna qədər.

    Marşrutlar həftəsonları və bayram günləri saat 12:00-dan 00:00-dək, hər 7-10 dəqiqədən bir yola düşməklə fəaliyyət göstərəcək.