Rusiya "qeyri-müəyyən" TRİPP-də iştirak etməyə can atır
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin danışıb
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə bildirib ki, "Tramp marşrutu"nun "qeyri-müəyyən perspektivləri" var, lakin layihə "yalnız Rusiyanın iştirakından faydalana bilər".
Rusiya XİN hesab edir ki, "'Tramp Yolu' layihəsinin həyata keçirilməsinin qeyri-müəyyən perspektivləri var".
"Məsələn, ABŞ və İsrailin İrana qarşı təcavüzündən sonra, mənim fikrimcə, İran tərəfi ABŞ-ın sərhədlərinin birbaşa şimalında olmasından çox da məmnun olmayacaq. Bundan əlavə, bəzi ekspertlər hesab edirlər ki, Çin tərəfi də Amerika tərəfinin Mərkəzi Asiyadan Avropaya gedən nəqliyyat və logistika marşrutunun müəyyən bir seqmentinə, məsələn, 'Tramp Yolu'na nəzarət etməsindən məmnun qalmayacaq", - deyə Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə izah edib.
Bir sözlə, TRİPP "Rusiyanın iştirakından faydalansa" yaxşı layihədir, "faydalanmasa" isə - "qeyri-müəyyən".
1 dəqiqədən az