Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə yerlər açıldı
Bu barədə Azərbaycan Dəimir Yolları QSC-dən xəbər veriblər
Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə yerlər açıldı - ADY.
Hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 faiz artaraq 282-yə çatdırılacaq.
Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan “Stadler” vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40.30 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65.20 AZN, Yevlaxdan 53.30 AZN, Gəncədən 49.30 AZN, Ağstafadan isə 45.30 AZN-dir. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43.40 və 40.30 AZN təşkil edir.
Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79,5 AZN,Gəncədən isə 58.20 AZN-dir.
1 dəqiqə