XƏBƏRLƏR / Nəqliyyat

"Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli olub

Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib

"Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qatar Airways" aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

    Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.

    Bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.

    Airbus A320 tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.