XƏBƏRLƏR / Nəqliyyat

Paşinyan Türkiyə-Azərbaycan və geriyə tranzit təklif edir

Ermənistan bu gündən yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazırdır MARŞRUT-XƏRİTƏ

Paşinyan Türkiyə-Azərbaycan və geriyə tranzit təklif edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Biz ilk dəfə olaraq Ermənistanın büdcəsini Azərbaycanla qurulmuş sülh şəraitində müzakirə edirik”.

    Ermənistan mediası xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə büdcə dinləmələrində bildirib.

    Paşinyan qeyd edib ki, Ermənistan bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə Marqara-Yexeqnadzor-Sisian-Gorus marşrutu ilə tranzitini təmin etməyə hazırdır.

    "Mən Azərbaycanın Ermənistana tranzit yük daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını tarixi <...> hesab edirəm. Bunun müqabilində Ermənistan bu gündən etibarən Türkiyədən Azərbaycana və geriyə avtomobil yolu ilə tranzit yük daşımalarını təmin etməyə hazırdır. Hazırda bu, bizim tətbiq edə biləcəyimiz yeganə seçimdir", - deyə Ermənistanın Baş naziri parlamentdə dövlət büdcəsi müzakirəsi zamanı əlavə edib.

    Ermənistan hökumətinin rəhbəri həmçinin qeyd edib ki, 2026-cı il büdcə layihəsi ilk dəfə "dinc şəraitdə" qəbul edilir və son bir il səkkiz ay ərzində sərhəd toqquşmalarında heç bir hərbçi həlak olmayıb.

    Beləliklə, o hesab edir ki, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri tərəfindən imzalanan sazişlər öz bəhrəsini verir.