XƏBƏRLƏR / Nəqliyyat

İrəvan-Bakı-İrəvan marşrutu üzrə 2 dövlət reysi olub

Bu barədə “Sputnik-Armeniya” məlumat verib

İrəvan-Bakı-İrəvan marşrutu üzrə 2 dövlət reysi olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin yanvar ayından iyun ayınadək İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi həyata keçirilib.

    Bu barədə “Sputnik-Armeniya”ya Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.

    "Bu il İrəvan-Bakı marşrutu üzrə bir reys və əks istiqamətdə bir reys həyata keçirilib. Hər iki halda, bortda yüksək vəzifəli xarici şəxslər olub", - qurumdan bildirilib.

    Nazirlikdən qeyd ediblər ki, əlavə məlumata malik deyillər, çünki dövlət reysləri üçün icazələri Ermənistan Xarici İşlər Nazirliyi verir.

    Daha əvvəl bildirilmişdi ki, 2020-ci ildən İrəvan-Bakı-İrəvan marşrutu üzrə hava əlaqəsi yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrutun işə salınmasından bəri 68 belə uçuş həyata keçirilib.