XƏBƏRLƏR / Nəqliyyat

Ödənişli yollarda sürət həddi 130 km/s müəyyənləşdirildi

Bu, İlham Əliyevin qərarın tətbiqi barədə Fərman imzaladığı “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb

Ödənişli yollarda sürət həddi 130 km/s müəyyənləşdirildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ödənişli yollarda sürət həddi müəyyənləşdirilib.

    Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilir.

    Qeyd edək ki, ölkədə fəaliyyətdə olan cəmi bir ödənişli yol Bakı-SDK (Rusiya sərhədi) avtomobil trası mövcuddur.

    Nazirlər Kabineti qərar verib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolunun böyük bir hissəsi ödənişli olsun. Lakin ödəniş qiymətləri hələ elan edilməyib.