XƏBƏRLƏR / Nəqliyyat

Gürcüstandan işlənmiş maşın idxalı 2 dəfədən çox azalıb

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur

Gürcüstandan işlənmiş maşın idxalı 2 dəfədən çox  azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 29,8 milyon ABŞ dolları dəyərində 919 ədəd minik avtomobili idxal edib.

    Bu haqda Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

    Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan qonşu ölkədən avtomobil tədarükünü dəyər baxımından 41,15%, miqdar baxımından isə 2 dəfədən çox azaldıb.

    Yanvar-martda Gürcüstandan ümumilikdə 364,5 milyon ABŞ dolları dəyərində 14 237 ədəd minik avtomobili ixraca yönəlib ki, bunun da 6,46%-i Azərbaycanın payına düşüb.