XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub.

    Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

    "Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar", məlumatda bildirilib.