XƏBƏRLƏR / Nəqliyyat

Təcili yardım hansı hallarda avtobus zolaqlarına girə bilər?

Məsələyə TƏBİB aydınlıq gətirir

Təcili yardım hansı hallarda avtobus zolaqlarına girə bilər?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda təcili yardım maşınları avtobus zolaqlarına girə bilər.

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Yol Polisi ilə razılıq əldə olunub.

    Onun sözlərinə görə, əsas problem həmçinin tıxaclardan bu zolaqlara çıxmağın zəruriliyi ilə bağlıdır.

    “Təcili yardım maşınları siren və yanıb-sönən işıqları yalnız içəridə xəstə olanda yandıra bilər”, - deyə Qurbanov əlavə edib.