Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri bağlanacaq
DİQQƏT! Sürücülərin nəzərinə!
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-68-ci kilometrlik hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi, 10-120-ci kilometrlik hissəsində isə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin işlər bu gün axşam saat 23:00-a qədər davam etdiriləcək.
Yolun sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən qeyd olunan ərazilərdə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.